Dünya

Səkkiz ukraynalı hərbçinin girov götürüldüyü deyilir

22 May, 2019
379
Ukraynanın hakimiyyət orqanları Donetskin şərq bölgəsində 8 nəfər hərbçilərinin girov götürüldüyünü açıqlayıb. 

Azadlıq Radiosunun yaydığı məlumata görə, hökumət hərbçiləri Rusiyanın dəstəklədiyi döyüşçülərin tutduğunu iddia edir.

Ukraynanın ölkənin şərqindəki Ortaq Qüvvələr Əməliyyatları (OOS) açıqlayıb ki, əsgərlər mayın 22-də əsir alınıb:

"İlkin məlumatlara görə, bu gün səhər saatlarında Ukraynanın OOS-dən olan səkkiz hərbi qulluqçusu Novotroyitske şəhərinin yaxınlığında yük maşını ilə yanlış dönüş edib. Onlar işğal edilmiş ərazilərə daxil olublar və Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən ələ keçiblər", - OOS bəyanatında deyilir.

Ukrayna ordusu Donetsk və Luqansk bölgələrinə nəzarət edənləri Rusiyanın dəstəklədiyi separatçı qüvvələr adlandırır. Onlara "Rusiya Federasiyasının silahlı qüvvələrinin döyüşçüləri" - kimi istinad edir.

Məlumatda həmçinin deyilir ki, bu ərazilərdə müharibə zamanı rus əsgərləri də iştirak edib. Bu iddianı Moskva rədd etsə də, Kiyev və NATO söylənənləri sübuta ehtiyacı olmayan dəlil hesab edir.

Ukrayna Müdafiə Nazirliyi günün əvvəlində qeyd edib ki, son 24 saatda Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən atəşkəs düz beş dəfə pozulub. Nəticədə üç əsgər yaralanıb.

Separatçılar isə bildirirlər ki, mayın 21-dən bu yana atəşkəs iki dəfə pozulub. Onlar bunda hökumət güclərini ittiham edirlər.

2014-cü ilin aprelindən etibarən şərqi Ukraynada 13 min nəfər həlak olub. Tərəflər arasındakı atəşkəs Minsk razılaşmasının tərkib hissəsi olaraq elan edilib.

Martın 8-də yeni atəşkəs razılaşması əldə olunub. Həmin gündən tərəflər bir-birini təkrarlanan atəşkəs pozuntusunda günahlandırır.

Bölgədə Donbas kimi tanınan münaqişə mayın 20-də prezident olan Volodymyr Zelenskinin qarşısında duran ən böyük çətinlik sayılır.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo