Siyasət

Səməd Seyidov: "Ölkədə internet tam azaddır"

14 Noyabr, 2016
2566
«Azərbaycanda internet tam azaddır». Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov belə deyir. O, «Freedom House» və başqa beynəlxalq qurumların eyni istiqamətdə yanaşmalarından yorulduğunu bildirir.

«Freedom House» noyabrın 14-də açıqladığı internet azadlığına dair hesabatında Azərbaycanı «qismən azad» ölkələr siyahısına salıb. Amma deputat bu qurumu tərəfli və qərəzli olmaqda, ikili standartlarda günahlandırır. O bu cür fikirlərin söz azadlığına, insan haqlarının inkişafına yardımı olmayacağını düşünür:

– Dünya dəyişir, problemlər başqa istiqamətdədir, bunlar elə internetdən, söz azadlığından, onların məhdudlaşdırılmasından danışırlar. Sizə tam səmimi deyirəm ki, bu gün Azərbaycanda internet tam açıqdır. Özü də çox sürətlidir. Mən, Allaha şükür, işimlə əlaqədar dünyanın müxtəlif ölkələrində olmuşam.

–Səməd müəllim, yalnız beynəlxalq təşkilatlar deyil, yerli ekspertlər də internetin qismən azad olması qənaətindədirlər, internet istifadəçilərində daxili senzura olduğunu, fəal istifadəçilərə təzyiqlər göstərildiyini, həbs olunduqlarını bildirirlər. Bu haqda nə deyə bilərsiniz?

– Mən bilmirəm kimdə daxili senzura var. Bilmirəm. Ola bilsin, kimsə nədənsə çəkinir, ancaq tam səmimi deyim, hər bir insan internetdə, azad mətbuatda fikir yazanda milli, mədəni dəyərlərə, əxlaq normalarına uyğun davranış göstərməlidir. Azından, bu, bir tələbdir, ehtiyacdır. Bütün bu mədəni, mənəvi tələbləri «samosenzura» kimi təqdim edib, «nə istəyirəm yazacağam» yanaşması dünyanın heç yerində yoxdur. «Facebook»da, «Twitter»də istədiyinizi yazın, 10 dəqiqə sonra postunuz oradan götürüləcək, üstəlik hesabınız bağlanacaq. Azərbaycanda belə şey yoxdur. Ancaq heç kim o sosial şəbəkələri ittiham etmir. Əksinə, bu yaxınlarda «Facebook»u məhkəməyə verdilər ki, niyə faşistlərin postlarını vaxtında pozmayıblar, niyə vaxtında antifaşist propoqandası aparmırlar. Necə olur ki, bütün dünyanı əhatələyən sosial şəbəkələrdə xüsusi nəzarət tətbiq olunmağa başlayır, Azərbaycanda bir insanın fikirlərini milli-mənəvi-mədəni tələbləri nəzərə alaraq ifadə etməsinə «samosenzura» deyirlər?

– Amma söhbət həm də siyasi proseslərə baxışlarda, hakimiyyətin ünvanına tənqidi fikirlər yazarkən daxili senzuranın işə düşməsindən gedir.

– Harada «samosenzura» görmüsünüz? Nə vaxt olub sizə danışmayım? Mən də bu dövlətin parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədriyəm. Onda mən də nədənsə çəkinərdim. Düşünərdim ki, vəzifəm var, birdən nəsə deyərəm, yaxşı olmaz. Niyə bunu misal çəkmirsiniz?Hansısa bir insanın, hansısa sıravi bir insanın... Axı, mən böyük vəzifələr daşıyan insanam.

– Axı, siz çıxışlarınızda hökumətin əleyhinə danışmırsınız, onun fəaliyyətini azacıq da olsa, tənqid etmirsiniz, nədən çəkinməli, niyə narahat olmalısınız? Əksinə, hökumətə dəstək verirsiniz.

– Hökumət düzgün iş aparırsa, millətin maraqlarını ödəyirsə, mən süni şəkildə onu niyə tənqid edim? Bu, düzgün deyil, axı. Mən mövqeyimi istənilən mətbuata açıq şəkildə, xaricdə yox, öz kabinetimdə oturaraq ifadə edirəm. Hansısa məhdudiyyət görmürəm. İnternetlə bağlı bircə məhdudiyyət var, milli-mənəvi-əxlaqi məsələlərlə bağlı.

– Yəni Siz internetin Azərbaycanda qismən yox, tam azad olduğunu deyirsiniz?

- Bütün günü səhərdən axşama kimi müxalif fikirləri oxuyuruq. Açın «Azadlıq» qəzetini, «Yeni Müsavat» qəzetinin və ya başqa yüzlərlə başqa saytları, biri də qadağan edilməyib, biri də bloklanmayıb. Açıq şəkildə təhqir də edirlər, bəzən açıq tənqid də edirlər. İndi jurnalistikadır, kiminsə səviyyəsi aşağıdır, kiminsə səviyyəsi yüksək. İcra başçıları, deputatlar, rəsmi şəxslər, dövlət başçısı haqda hər şey yazırlar. Burda nə məhdudiyyət? Harada bu şəxslər haqda nəsə yazdılar, sonra həmin saytı qadağa etdilər, ya onu bağladılar? Yoxdur belə şey. Ola da bilməz. İnternet mediası azaddır.
 
azadlıq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo