11:08, 14 Fevral 2020 (Cümə) 69

Senat Trampın İran üzərində səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib

Senat Trampın İran üzərində səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib


/ DÜNYA
ABŞ Senatı ABŞ Prezidenti Donald Trampın İran qarşı hərbi əməliyyat keçirmək səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib.

APA  xəbər verir ki, qətnamənin lehinə 55, əleyhinə isə 45 senator səs verib.

Sənədi Senata Demokrat Tim Keyn təqdim edib. Qətnamənin mətni Trampı "30 gün ərzində İrana yönəlmiş bütün düşmənçilik hərəkətlərini dayandırmağa" məcbur edir.

Bundan əvvəl də Nümayəndələr Palatası oxşar qətnamə qəbul etmişdi.