15:35, 13 Fevral 2020 (Cümə axşamı) 95

Şennak və Şvabe seçkisonrası dövrdə zorakılığı pisləyiblər

Şennak və Şvabe seçkisonrası dövrdə zorakılığı pisləyiblər
"Seçkisonrası dövrdə Azərbaycanda baş verən hadisələrdən həddindən artıq narahatam", 9 fevral seçkilərində AŞPA-nın müşahidəçilər missiyasının koordinatoru Frank Şvabe tvitterdəki mikrobloqunda belə yazıb.
 
Bu barədə Turan informasiya agentliyi xəbər yayıb.

"Deputatlığa namizədlərə qarşı zorakılıq və onların həbsi biabırçı haldır. Ölkə hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırıram", deyə o qeyd edib.

Öz növbəsində, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi  Stefan Şennak tvitterdə yazıb: "Bu seçkilər ətrafında baş verənlərdən çox narahatam - bülletenlərin kütləvi şəkildə qutulara atılması, jurnalistlərin döyülməsi, bütün digər pozuntular - (məntəqələrin) 40%-də bu cür hallar həqiqətən baş verib - çox pisdir".