16:45, 09 Sentyabr 2019 (Bazar ertəsi) 54

Sentyabrın 8-də keçirilən imtahan nəticələrini elan edilib

Sentyabrın 8-də keçirilən imtahan nəticələrini elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

"APA" İA verdiyi xəbərə görə, bu barədə DİM-dən məlumat verilib.

Verilən məlumata görə, 9-cu sinif buraxılış imtahanının II mərhələsi, həmçinin Azərbaycan dili imtahanı (Azərbaycan dilindən fərqli bölmə üzrə təhsilalanlar üçün) verən şagirdlər nəticələri ilə aşağıdakı linklərdə tanış ola bilərlər:

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sentyabrın 8-də keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.