17:26, 20 Noyabr 2020 (Cümə) 455

Serj Sarkisyanın həyat yoldaşı koronavirusdan ölüb

Serj Sarkisyanın həyat yoldaşı koronavirusdan ölüb
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan vəfat edib. Bu barədə noyabrın 20-də keçmiş prezidentin mətbuat xidməti məlumat yayıb.

58 yaşlı Rita Sarkisyanın Almaniyada müalicə olunduğu klinikada koronavirusdan dünyasını dəyişdiyi bildirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Serj və Rita Sarkisyan 1983-cü ildə evləniblər. Onların iki qızı var.

Əslən Dağlıq Qarabağdan olan Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistan prezidenti olub.