12:02, 20 Fevral 2020 (Cümə axşamı) 117

Sərnişinlər karantində olan gəmini tərk edir

Sərnişinlər karantində olan gəmini tərk edir


/ DÜNYA
 
İki həftə boyunca Yaponiya limanı yaxınlığında karantində saxlanılan kruiz gəmisinin yüzlərlə sərnişini gəmini tərk etməyə başlayıb.

AmerikanınSəsi xəbər verir ki, təxminən 500 sərnişinin çərşənbə günü Diamond Princess gəmisindən Yokohamada enəcəyi gözlənilir. Gəmi fevralın 3-də limana yaxınlaşandan bəri orada saxlanılır. Gəmini Honq Konqda tərk edən sərnişində COVID-19 aşkarlanması səbəbilə Yaponiyanın səhiyyə rəsmiləri gəmini və onun 3700 sərnişin və ekipaj üzvünü karantin altına alıb.

Lakin virusun yayılmasınına qarşısını almaq səyləri əks təsir göstərib. Belə ki, 542 nəfər koronavirusa yoluxub.

Diamond Princess-i yalnız test nəticələri mənfi çıxan və heç bir simptom sərgiləməyən sərnişinlərə tərk etməyə icazə verilir. Bazar ertəsi 300-ə yaxın amerikalı evakuasiya edilib və onlar dərhal 14 günlük karantinə alınıb. Bir çox digər ölkə, o cümlədən Kanada, Avstraliya və Honq Konq da vətəndaşlarını Yokohamadan evakuasiya etməyi planlaşdırır.

2000-dən çox ölüm halı

Pekin çərşənbə günü COVID-19 virusu səbəbilə ölənlərin sayının 2004-ə çatdığını bildirib. Ölüm hallarının çoxu epidemiyanın başladığı Hubei vilayətində baş verib.



Lakin səhiyyə komissiyası çərşənbə günü bir gün ərzində 1749 yeni təsiqlənmiş yoluxma hallarının olduğunu açıqlayıb ki, bu da fevral ayında qeydə alınan ən az yoluxma hallarıdır. Bununla isə Çində təsdiqləynmiş yoluxma hallarının sayı 74 minə çatıb.

Çinin dövlət mediası çərşənbə günü bildirib ki, prezidenti Şi Tsinpin Britaniya baş naziri Boris Consonla telefonla danışıb və ona deyib ki, Çinin virusa qarşı mübarizə tədbirləri "açıq irəliləyiş” əldə edir.

Təsdiqlənmiş yoluxma hallarında azalmaya baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı insanları hələ də ehtiyatı olmağa çağırır.

25 ölkə

Koronavirus epidemiyası dünya boyu 25 ölkəyə təsdir göstərib. Bu 25 ölkədə hazırda 804 yoluxma və 3 ölüm halı qeydə alınıb.

Rusiya ötən cümə axşamı çinlilərin ölkəyə daxil olmasına icazə verməyəcəyini bildirib.

Səhiyyə nazirinin müavini Tatyana Qolikova deyib ki, Çində epidemiyanın daha da pisləşdiyi və Çin vətəndaşları Rusiya ərazisinə gəlməyə davam etdiyi üçün bu qərar labüddür.