Siyasət

Seymur Həzinin həbs müddəti artırıldı

29 Oktyabr, 2019
499
Apelyasiya Məhkəməsi AXCP sədrinin müavini Seymur Həzinin həbs cəzasını 30 günə qədər uzadıb.

Məlumatı Seymur Həzinin həyat yoldaşı Nigar Həzi yayıb.

O bildirib ki,  Seymur Həzinin vəkili onunla əlaqə saxlayıb: "İndicə Seymurun vəkili zəng etdi. Seymuru yenidən Apelyasiya məhkəməsinə gətirirlər. Polis şikayət verib. Güman ki, ayın 2-də aksiyada iştirak etməsin deyə həbs müddətini artıracaqlar". 

Apelyasiya Məhkəməsi Seymur Həzinin 15 sutkasını 30 sutka edib. 
 
Seymur Həzi məhkəmə çıxışında bildirib: "Hamınız hüququn başına açdığınız oyunlara görə cavab verəcəksiniz. Bəlkə sabah məni öldürəcəksiniz, amma birisi gün buna görə mütləq cavab verəcəksiniz!" 

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi icazəsiz aksiyadan iki gün əvvəl saxlanılan Seymur Həzi 15 sutka inzibati həbs cəzası alıb. 

Xətai Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. 

Seymur Həzi küçədə mobil telefonla yüksək səslə danışa-danışa ünvansız söyüş söyməklə günahlandırılıb. 

Müdafiəçiləri bu ittihamın tamamilə qondarma olduğunu, həbsin siyasi xarakter daşıdığını bildirirlər. Həmçinin oktyabrın 19-da Nigar Həzinin atası Tofiq Yaqublu və qardaşı Rəhim Yaqublu saxlanılıb. 

Yaxınları tərəfindən hər ikisinin döyüldüyü və pis rəftara məruz qaldığı bildirilib. 

Rəhim Yaqublu azadlığa buraxılsa da, Tofiq Yaqublu 30 sutka inzibati həbs olunub.
 



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo