15:09, 01 Noyabr 2018 (Cümə axşamı) 791

Silahlı Qüvvələrə Yardım Fonduna ayrılan məbləğ açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna ayrılan məbləğ açıqlanıb
Noyabrın 1-nə Silahlı Qüvvələrə Yardım Fonduna 94,7 milyon manat, 213,6 min ABŞ dolları, 13 min avro və 5 min rubl vəsait daxil olub. 

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Qurumun maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

1 yanvar 2018-ci ilə fondda 88 milyon 8,9 min manat, 212,9 min ABŞ dolları, 9,5 min avro və 5 min rubl vəsait vardı.