12:50, 09 Sentyabr 2019 (Bazar ertəsi) 50

Siyasi məhbuslar üzrə məruzəçi REAL sədrilə görüşüb

Siyasi məhbuslar üzrə məruzəçi REAL sədrilə görüşüb
REAL partiyasının sədri İlqar Məmmədovla AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Thorhildur Evarsdottirinlə görüşü olub. 

Bu barədə İ.Məmmədov öz feysbuk səhifəsində yazıb.

Partiya sədri məruzəçinin hazırlayacağı hesabatla bağlı geniş söhbət etdiklərini diqqətə çatdırır: "Yanvarda (2020-ci ilin yanvar ayı nəzərdə tutulur-red) təqdim edəcəyi hesabatına qədər bütün siyasi məhbusların azad edilməsi məncə inandırıcı görünmür, amma bu ilin təcrübəsi göstərdi ki, müəyyən irəliləyiş mümkündür və ondan böyüyünə doğru çalışmalıyıq".

İ.Məmmədova görə, bunun üçün siyasi məhbus prinsipi tam təmin olunmalı, Avropa məhkəməsinin qərarları tam icra olunmalıdır və bunun üçün siyasi partiyaların, sivil toplumun və beynəlxalq qurumların sərəncamında olan bütün alətlərin öz yeri var.

AŞPA'nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Sunna Evarsdóttir sentybarın 5-dən Bakıya səfərə gəlib. Səfər çərçivəsində Ai Məhkmə, Ədliyyə nazirliyi təmsilçiləri, hüquq müdafiəçiləri ilə görüşlər keçirdi.