Siyasət

Siyavuş Novruzov: “Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında nə paylayırlar?”

15 Noyabr, 2019
388
Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən YAP icra katibinin müavini, komitə sədri Siyavuş Novruzov Müsavat Partiyasının piket keçirmək istəyinə diqqət çəkdi.

"Əgər hər hansı bir təklifin varsa, yazılı şəkildə Milli Məclisə, Prezidentə müraciət et! Bakı Şəhər İcra Hakimiyyətinin qabağında qarışıqlıq yaratmaq, asayişi pozmaq, dərsləri pozmaqda məqsədin nədir? Əgər onlar gedib BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında piket keçirsəydilər, mən belə başa düşərdim ki, onlar 1 milyon insanın bələdiyyə seçkilərində iştirak etmək hüququndan məhrum olduğu üçün etiraz bildirirlər. Yoxsa Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında nə verirlər, nə paylayırlar ki, ora axışırlar? Gərək söyüş söyəsən, Azərbaycan xalqının maraqlarının əleyhinə çıxasan?”

S.Novruzov bu aksiyada azsaylı insanların iştirak etdiyini vurğuladı: "Cəmi 30 nəfər adam yığırlar. 30 nəfərə görə insanları narahat edirlər. Hansı bəndə hansısa iradın varsa, qoy ortaya! Heç bir sahədə heç nə tapa bilmirlər. Ortaya bir iqtisadçı çıxarıblar, "Azərbaycan büdcəsinin 20 zəif bəndi” yazır. Heç büdcədən də, Azərbaycanın iqtisadiyyatından da xəbərdar deyil”.

Sonda komitə sədri hökumətə üz tutaraq, "gələn il seçki ili olduğu üçün imkan dairəsində siyasi partiyalara vəsaitin artırılmasını xahiş edirəm” - söylədi.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo