13:35, 12 İyul 2019 (Cümə) 106

Siyavuş Novruzov: "Qanunların banisi Heydər Əliyevdir"

Siyavuş Novruzov:
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deputatlara irad bildirib.

Bu barədə"Report.az"  xəbər verib.

Xəbərə görə, o deyib ki, iclasda qanuna dəyişiklik layihələri müzakirə olundu, amma əsas qanuna toxunulmadı.

"Bu qanunların banisi Heydər Əliyevdir. O, olmasaydı, bu qanunlar da olmazdı, indi müstəqil, inkişaf etmiş Azərbaycan var. Bu ölkənin qurucusu var, mütləq yada salınmalıdır. İki gün sonra Heydər Əliyevin halkimiyyətə gəlməsinin 50 illiyidir. Hesab edirəm ki, Milli Məclis Heydər Əliyevin hakimiyyətinin 50 illiyi ilə bağlı bəyanat və ya müraciət qəbul etməlidir”, S.Novruzov bildirib.