12:42, 15 Fevral 2019 (Cümə) 464

Slovakiyada sendviç oğurlayan deputat istefa verib

Slovakiyada sendviç oğurlayan deputat istefa verib


/ DÜNYA
Slovakiyanın millət vəkili Darij Kraşçiç marketdən sendviç oğurladığı üçün istefa verib.

BBC-nin xəbərinə görə, deputat buna səbəb kimi market içşilərinin onunla "hava kimi" davranmasını əsas göstərib.

O bildirib ki, bununla marketin təhlükəsizliyini test etmək istəyib.

Kraşçiç etdiyinin fərqinə sonradan vardığını və ödəmə üçün geri döndüyünü iddia edib.

Deputat etdiyindən peşman olduğunu bildirərək üzr istəyib.

Darij Kraşçiçin mənsub olduğu partiya bu davranışı qəbuledilməz hesab edib və o, deputat postundan istefa verməli olub.

D.Kraşçiç Slovakiya parlamentinə ötən ilin sentyabrında seçilmişdi.

Pərvanə Qurbanlı
Toplum Tv