Siyasət

SOCAR Malta qalmaqalı ilə əlaqəsi olmadığını bildirib

24 İyun, 2020
325
Maltada jurnalist Dafna Qalisiyanın 2017-ci ildə qətlə yetirilməsi ilə əlaqədar SOCAR-ın maye qaz idarəsinin müdiri, SOCAR-ın bu ticarət evinin maraqlarını "ElectroGas Malta” layihəsində təmsil edən SOCAR Trading şirkətinin icraçı direktoru Turab Musayev Maltada istintaqa cəlb edilib.

MeydanTV xəbər verir ki, bu ölkənin bir sıra aparıcı KİV-i T.Musayevin bu ağır işdə iştirakçı olduğunu yazıb.

Amma SOCAR-dakı mənbələr "Turan” İnformasiya Agentliyinə "Turab Musayevin Malta qalmaqalı ilə əlaqəsi yoxdur” deyə bildiriblər. Yəni böyük ehtimalla bunu sübut edə bilər.

"ElectroGas Malta”nın istintaqla əməkdaşlıq etməyə razılıq verən icraçı direktoru Turab Musayevin Yorgen Feneklə (o, "ElektroGas Malta”nın noyabrın 30-dan istintaq altında olan keçmiş rəhbəridir) Maltanın hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən qaranlıq işlərdə əməkdaşlığını sübut edən bir çox sənəd və yazışma təqdim edib.

"Qətlə yetirilən maltalı jurnalistin ailəsi "Avropola” müraciət edib”

"Turan” İA yazır ki, "Times of Malta”nın jurnalisti Ayven Martinin verdiyi məlumata görə, jurnalistin qətlinin vasitəçisi cənab Teuma deyib ki, cinayətdən bir az əvvəl Yorgen Fenek Turab adlı birisi ilə görüşüb və uzun müddət danışıb. "Maltalı reportyor şübhə etmir ki, bu, Turab Musayevdir və sübut kimi öz "Twitter”-ində elektron yazışmadan fraqment gətirir. Orada Turab Musayev faktiki olaraq "EntaMalta” dövlət şirkətinin "problemlərini həll etmək” üçün Malta hökumətinin hərəkətlərini koordinasiya edir. Maraqlıdır ki, məktub "Bu səhər mən və Yorgen (Fenech) Konrad Mitssi ilə danışdıq ...” sözləri ilə başlayır”, - agentlik yazıb.

"Turan” İA-nın yazısında qeyd olunur ki, bu yaxınlarda Dafne Qalisiyanın ailəsi Malta, Azərbaycan və hətta Birləşmiş Ərəb Əmirlikləri arasındakı gizli pul yolunu izləməyə çalışan istintaqa lazımi dəstək verilməsi xahişi ilə "Avropol”a müraciət edib.

"2013-cü ildə Malta hökuməti "Enemalta” dövlət enerji paylayıcı şirkəti vasitəsi ilə adada elektrik stansiyasının inşası və daha sonra onun maye qazla təmin edilməsi üçün tender elan etdi. Tenderi üçdə biri SOCAR-a məxsus olan "ElectroGas Malta” konsorsiumu qazandı. 2015-ci ildə "ElectroGas Malta” SOCAR-la elektrik stansiyasını təchiz etmək üçün Maltaya mayeləşdirilmiş təbii qaz tədarük etmək üzrə eksklüziv uzunmüddətli müqavilə imzaladı.

Belə tədarüklər 2017-ci ildə bu yeni elektrik stansiyasının və onun ətrafındakı strukturların istifadəyə verilməsi ilə başladı”, - Turan İA yazıb.

"Malta qalmaqalının Azərbaycanla əlaqəsi yoxdur”

Böyük Britaniyanın "Guardian” qəzeti yazır ki, tədarük başlayandan korrupsiya sxemi aşkar idi. Məlum oldu ki, SOCAR maye qazın ilk həcmlərini "Shell”dən ("SOCAR Trading” təsdiq edir) 113 milyon dollara alıb, lakin "ElectroGas Malta”ya bu qaz 153 milyon dollara satılıb, yəni 40 milyon dollar "kənara” gedib və uzun müddət beləcə davam edib.

"Həlak olan jurnalist Dafne Qalisiya 2017-ci ilin payızında aşağıdakı sxemi çəkib: Son benefisiarı Konrad Mitssi (o vaxt Maltanın energetika naziri) olan "Egrant Inc” və "Hearnville Inc” ofşor firmalarının hesabına və Kit Şembriyə məxsus (Malta hökumət administrasiyasında işləyir) "Tillgate Inc” firmasına "ElectroGas Malta” layihəsi ilə bu və ya digər şəkildə bağlı olan bank hesablarından mütəmadi olaraq böyük miqdarda pul daxil olub. Eyni zamanda, jurnalist Maltanın baş naziri Cozef Muskatın ailəsinin enerji layihəsindən rüşvət almaqla əlaqəli olması ehtimalını bildirib. Jurnalist bunu Maltanın qanunlarına uyğun saymayıb”, - qəzet yazır.

Ancaq SOCAR bunu təkzib edib

"Bu qalmaqalın Azərbaycanla əlaqəsi yoxdur. Bu cür ehtimallar "SOCAR Trading”in Azərbaycanın adından Maltada strateji əhəmiyyətli enerji layihəsində iştirak etməsi səbəbindən edilib. Həbs olunan Yorgen Fenekin SOCAR-la birbaşa əlaqəsi yoxdur və "SOCAR Trading”-in istintaqa heç bir aidiyyəti yoxdur”, - deyə Azərbaycan Dövlət Neft Şirkətindəki məlumatlı mənbə "Turan” İA-a bildirib.

Mənbə xatırladıb ki, Maltanın cənub-şərqindəki Marsaşlokk yaxınlığındakı Delimar Elektrik Stansiyasındakı maye qazdan elektrik enerjisi istehsal edən kompleks son illər ölkənin ən böyük enerji layihəsidir. O, "Societe Generale”, BNP, HSBC, KFW-dən beynəlxalq kreditləri hesabına maliyyələşdirilib.

"2013-cü ildə 18 şirkət Maltadakı tenderə maraq göstərdi. Nəticələrinə görə, "Enemalta” rəqabətin bütün şərtlərinə cavab verən və ən aşağı qiymət təklif edən şirkətlər arasında "ElectroGasMalta” konsorsiumunu seçdi və 2013-cü ilin sentyabrında müqavilə imzaladı. Saziş Avropa Komissiyası tərəfindən də təsdiqlənib. Layihələndirmə tender başa çatdıqdan sonra 2015-ci ildə başladı. Tikinti 2016-cı ilin qışında köhnə mazut stansiyasının (Heavy Fuel Oil) təmizlənməsi və ərazinin yenidən qazlaşdırılması ilə başladı və 2017-ci ildə tamamlandı”, - deyə mənbə xatırladıb.

Onun sözlərinə görə, Malta hökumətinin "SOCAR Trading” qarşısında qoyduğu şərtlər arasında maye qaz tədarükünün beş il ərzində sabit qiymətlə həyata keçirilməsi də var.

Müqavilənin şərtlərini yerinə yetirmək üçün "SOCAR Trading”-dən 5 il müddətinə logistika və LNG tədarükünə zəmanət, habelə LNG qiymətlərində baş verə biləcək dəyişkənlik ilə əlaqədar riski üzərinə götürmək tələb edildi. Şirkət bununla razılaşdı. Layihənin ümumi dəyəri 510 milyon avrodur. Bunun 80 faizini beynəlxalq banklar, qalanını isə layihənin səhmdarları təmin edir.

"Yəni layihə Maltanın borc öhdəliklərini artırmadan həyata keçirildi. Həmçinin layihə sayəsində "Enemalta” istehlakçılar üçün elektrik enerjisinin qiymətini 25% -dən çox endirdi və 5 il müddətində sabit enerji qiymətlərini təmin etdi. Bəzi dairələr Maltanın layihədən faydalarını şübhə altına aldılar.

Onlar iddia etdilər ki, "SOCAR Trading” istehsalçı deyil, LNG tədarükçüsüdür, buna görə də LNG-ni Maltaya istehsalçılardan daha baha qiymətə idxal edəcək. Amma Malta hakimiyyəti "SOCAR Trading”, "Siemens” və "GEM Holdings” şirkətlərinin iştirakı ilə konsorsiumu ona görə seçdi ki, "SOCAR Trading” LNG-ni uzun müddətə sabit qiymətə tədarük etmək öhdəliyini götürdü. Malta hökumətinin məqsədi vətəndaşları qazla sabit təmin etmək idi. Buna görə Malta hökuməti tender elan edərkən LNG tədarükü üzrə beş illik müddət üçün əvvəlcədən müəyyən edilmiş qiymət şərti qoyub. Nəticədə daha əlverişli təkliflər "SOCAR Trading” və "Electrogas Malta” konsorsiumu tərəfindən verildi. Yəni "SOCAR Trading” məhz bu öhdəlik sayəsində tenderi qazandı. Bu, LNG bazarında qiymətlərin dəyişə biləcəyini qəbul etmək deməkdir. Yəni burada şirkət qazancını və zərərini nəzərə almalı idi. Əlbəttə, "SOCAR Trading” zərərlərin qarşısını almaq üçün beş illik tədarükləri sığortaladı. Bu, şirkət üçün əlavə xərclər deməkdir. Göründüyü kimi, digər şirkətlər beş illik öhdəlik götürmək istəmədilər, buna görə də "SOCAR Trading”ə üstünlük verdilər”, - deyə SOCAR-da izah ediblər.

Dövlət şirkətində hələ də hesab edirlər ki, Maltadakı layihə "SOCAR Trading”in uğurlu fəaliyyəti üçün yeni bir səhifə açaraq qlobal LNG bazarının yeni bir seqmentinə çıxmasına imkan verdi.

"Hazırda SOCAR Uzaq Şərqdən Amerikaya qədər müxtəlif qitələrdə LNG ticarəti edir və bununla da Azərbaycana əlavə gəlir gətirir. Bu, ölkəmizin davamlı inkişafına bir töhfədir. Hətta Azərbaycanda neft ehtiyatlarının nə vaxtsa ükənəcəyini güman etsək, "SOCAR Trading” beynəlxalq bazarlardakı əməliyyatlar hesabına ölkəyə əhəmiyyətli gəlir mənbələrindən biri olaraq qalacaq”, - deyə Dövlət Neft Şirkətində bildiriblər.

2017-ci ilin 16 oktyabrında Dafna Qalisiya evinin yaxınlığında avtomobilinin partladılması ilə öldürülmüşdü.

53 yaşlı jurnalist bloqlarında partiya mənsubluğundan asılı olmadan yüksəkrütbəli siyasətçilər arasında iddia edilən korrupsiyadan yazırdı.

Keçmiş Daxili İşlər naziri Louis Galea 30 illik jurnalist təcrübəsi olan Karuana Qalisiyanı "Maltanın ən cəsur jurnalisti” adlandırmışdı.

Hökumət, jurnalisti qətlə yetirənlər barədə məlumata görə €1milyon ($1.2 milyon) mükafat vəd edib.

İstintaqın aparılmasına Malta rəsmiləri FTB (ABŞ-ın Federal Təhqiqqat Bürosu) əməkdaşlarını da cəlb ediblər.

Jurnalistin üç oğlu "fundamental azadlıqları” qoruya bilmədiyinə görə Baş naziri istefa verməyə çağırıb.

Dünyanın aparıcı ən iri səkkiz mətbuat vasitəsi Avropa Komissiyasını qətli araşdırmağa çağırıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo