18:21, 16 May 2019 (Cümə axşamı) 96

Sosial şəbəkələrdə "Bullinq gələcəyi bulandırır" kampaniyası keçirilib

 
Bir qrup ictimai fəal bullinq qurbanı Elina Hacıyeva ilə bağlı sosial şəbəkələrdə kampaniya keçirib.
 
Kampaniya iştirakçılarının əsas məqsədi Elina olayını unutdurmamaqdır.

Kampaniya mayın 15-i , Elinanın ölümünün 40-cı günü keçirilib.

İştirakçılar #bullinqeson #stopbulling #elinaucunsusma həştəqləri ilə və Elinanın şəkli olan köynəklərdə şəkillərini sosial mediada paylaşıblar.

Fəallar hər il 15 mayı bullinqə qarşı mübarizə günü kimi qeyd etməyi də hədəfləyib.

Şəhla Abbas