Siyasət

Spiker Cümhuriyyət qurucularının xatirəsinin sükutla yad edilməsinə qarşı çıxdı

7 Dekabr, 2018
1054
"Təklif edirəm ki, parlamentin 100 illiyi ilə bağlı medal Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin”.

Bu təkliflə dekabrın 7-də Milli Məclisin iclasında Fazil Mustafa çıxış edib. İclasın açılışında spiker Oqtay Əsədov Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi olduğunu deyərək, bu münasibətlə deputatları təbrik edib.

Fazil Mustafa çıxışında deyib ki, Azərbaycan Milli Məclisinin 100 illiyi ilə bağlı medalın təqdim olunması təntənəli şəkildə baş tutmalıdır:

"Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rəis Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi və bu, tarixdə qaldı”.

Deputat Fazil Mustafa Cümhuriyyətin qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

Milli Məclis sədri Oqtay Əsədov deputat Fazil Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə cavab olaraq bildirib ki, bayram günü olduğu üçün onları sükutla yad etməyi düzgün saymır:

"Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubiley iclası da keçirdik. Parlamentin yüz illiyi ilə bağlı kitabda da onlar haqqında geniş məlumat verilib. Yubiley medalına gəlincə isə onlar hazırdır. Yaxın günlərdə keçiriləcək iclasların birində deputatlara təqdim ediləcək”.

Meydan Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo