Dünya

Sudanın yeni rəhbəri Əhməd Avad ibn Auf oldu

12 Aprel, 2019
823
Sudan ordusu aprelin 11-də prezident Ömər əl-Bəşiri devirərək istefaya göndərəndən sonra idarəçiliyi müdafiə naziri, birinci vitse-prezident Əhməd Avad ibn Auf öz üzərinə götürüb.

Ali Təhlükəsizlik Komitəsinin başçısı olan general Avad ibn Auf konstitusiyanın qüvvədən düşdüyünü, parlamentin, hökumətin, Prezident Administrasiyasının, yerli hökumətlərin və qanunverici orqanların buraxıldığını, 3 ay müddətinə fövqəladə vəziyyət, komendant saatı tətbiq olunduğunu açıqlayıb.

Avad ibn Auf 1954-cü ildə doğulub. 2015-ci ilin avqust ayından müdafiə naziri, 2019-cu il fevralın 23-dən həmçinin birinci vitse-prezidentdir. Əvvəllər Hərbi Kəşfiyyatın rəisi və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri olub.

1944-cü il təvəllüdlü Ömər əl-Bəşir 1989-cu ildə silahlı çevrilişlə hakimiyyətə gəlib, 1993-cü ildən prezident postunu tutub.

Ötən ilin dekabr ayından ölkədə sosial şüarlarla kütləvi aksiyalar başlayıb, sonradan Ömər əl-Bəşirin istefası tələb olunub. Hökumət qüvvələri ilə qanlı toqquşmalar ara vermədiyi üçün ordu hakimiyyəti ələ almaq qərarına gəlib.

Sudan 1956-cı il yanvarın 1-dən müstəqil dövlətdir. 2011-ci ildə ölkənin cənub bölgəsi Sudandan ayrılaraq müstəqil dövlət statusu əldə edib.

Novator.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo