14:02, 15 Oktyabr 2020 (Cümə axşamı) 392

"Sülhlə müharibə arasında" - VİDEOREPORTAJ


 
 
43 ölü

218 yaralı

Yüzlərlə dağıdılmış ev

Müharibə başlayandan, bu cür xəbərlərin ardı-arası kəsilmir. Hər gün cəbhəboyu və cəbhədən xeyli kənar yaşayış məntəqələri atəş altındadır və sosial şəbəkələrdə hərbçilərin ölüm xəbərləri yayılır.

"Sülh yoxsa müharibə?" - hər iki fikri dəstəkləyənlər də var, qarşı çıxanlar da. 

Azərbaycan, Ermənistan, Türkiyə və başqa xarici ölkələrdən 926 sülh tərəfdarı "Müharibəyə yox” kampaniyası başladaraq petisiya imzalayıb. Petisiyanın məramında deyilir:” Biz xarici gücləri toqquşmaları qızışdırmamağa və müharibə prosesində iştirak etməməyə çağırırıq. Biz atəşkəsin dərhal bərqərar olması və Ermənistanla Azərbaycandakı bütün tərəflərin cəlb edildiyi əhatəli danışıqların tərəfdarıyıq."

Petisiyada Paşinyanın həyat yoldaşının ad-soyadı ilə eyni olan qadının adı keçdiyindən, "Müharibəyə yox" deyənlərin belə sənədə imza atmaları daha çox ictimai qınağa səbəb olub...
 
Oktyabrın 10-u Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb. Lakin üstündən 15 saat keçməmiş, Ermənistan tərəfinin Gəncəyə ballistik raket atması nəticəsində,10 nəfər ölüb, 35 nəfər yaralanıb.
Sentyabrın 27-si 06:00 radələrindən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Bundan sonra Azərbaycan da işğal olunmuş ərazilərə üzrə irəliləməyə başlayıb. Azərbaycan Ermənistan arasında münaqişə hələ də davam edir.
 
Zərifə Novruz