12:18, 25 Mart 2019 (Bazar ertəsi) 337

Sumqayıtda işıqlar sönəcək

Sumqayıtda işıqlar sönəcək
Bu gün, martın 25-də Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq" ASC-nin yaydığı məlumata görə, fasilə Sumqayıt Dəmiryolu İdarəsinin tunel tikintisi ilə bağlıdır.

"Sumqayıt Dəmiryolu İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xəttlərinin köçürülməsi həyata keçirilməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Fasilə müxtəlif saatlarda ayrı-ayrı əraziıərdə 1 saata qədər davam edəcək", - T.Mustafayev əlavə edib.

"Azərişıq" ASC yaranacaq narahatlığa görə, abunəçilərdən üzr istəyib.