10:38, 24 Dekabr 2018 (Bazar ertəsi) 368

Sunami nəticəsində ölənlərin sayı 280-i keçib

Sunami nəticəsində ölənlərin sayı 280-i keçib


/ DÜNYA
Dekabrın 22-də İndoneziyada sunamidə ölənlərin sayı 281-ə çatıb. Xilasetmə işləri davam edir.

Ekspertlərin dekabrın 24-də bildirməsinə görə, ölü sayının artacağı gözlənir. Hadisə zamanı 1000-dən çox adam yaralanıb.

"Qurbanların sayının, zərərin miqyasının artacağı gözlənir”, – təbii fəlakət agentliyinin sözçüsü Sutopo Purwo Nugroho deyib.

Leysan yağışlar xilasetmə işlərini əngəlləyir, azı 50 nəfərin də itkin düşdüyü bildirilir.

Sumatra adasının cənubunda və Cavanın qərb ucqarında nəhəng sunami dalğası yüzlərlə evi, oteli, digər binaları yuyub aparıb.