18:01, 01 Avqust 2019 (Cümə axşamı) 57

Suriya danışıqlarının yeni raundu başlayıb

Suriya danışıqlarının yeni raundu başlayıb


/ DÜNYA
Rusiya, İran və Türkiyə təmsilçiləri Qazaxıstanda Suriyadakı vəziyyətin həlli üzrə danışıqların yeni raunduna başlayıblar.

Bu barədə məlumatı Azadlıq Radiosu verib. 

Məlumatda deyilir ki, ikigünlük danışıqlar avqustun 1-də başlanıb. Bu danışıqlarla paralel BMT də artıq 9-cu ilə keçmiş Suriya münaqişəsinin həlli üzrə danışıqlara sponsorluq edir.

Astana danışıqlarının (Astana indi Nur-Sultan adlanır) 13-ci raundunda Suriyanın şimal-qərbindəki İdlib vilayətindəki durum, həmçinin Suriya Konstitusiya Komitəsinin yaradılması müzakirə olunacaq.

Moskva, Tehran və Ankara bu münaqişədə fərqli tərəfləri dəstəkləyir. Ancaq onlar münaqişənin siyasi həllini istədiklərini deyirlər. Münaqişədə 370 mindən çox adam öldürülüb, milyonlarla adam didərgin düşüb, tarixi abidələr dağıdılıb.

Rusiya və İran Prezident Bashar al-Assad rejimini, Türkiyə isə üsyançı qrupları dəstəkləyir.