17:32, 06 Mart 2020 (Cümə) 107

"Suriyadakı hadisələrin Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərə mənfi təsir etməməlidir"



/ DÜNYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində atəşkəsin təmin edilməsindən danışıb. 

Dövlət başçısı bildirib ki, Suriyadakı hadisələrin Rusiya ilə Türkiyə arasındakı ikitərəfli münasibətlərə mənfi təsir etməməlidir. 

"Ona görə də bu gün önəmli bir addım atdıq və atəşkəsə razılaşdıq. Həmin razılaşmadakı üç maddə önəmlidir. Atəşkəs bizə bir neçə sahədə dividentlər verəcək. Birincisi, ölkəmizin hüdudları rejim və terror hücumlarından daha təhlükəsiz vəziyyətə gətirilir. İkincisi, İdlib bölgəsində həyatın stabilləşməsi və normallaşmasına zəmin yaranır. Üçüncüsü, orada olan hərbçilərimizin təhlükəsizliyi təmin edilir. Dördüncüsü isə mülki şəxslərin qorunması üçün önəmli bir addım atılmış oldu", - o deyib. 

Ərdoğan vurğulayıb ki, Türkiyə atəşkəsin nəzarət altında saxlanılması üçün Rusiya ilə təmasda olacaq: "Məqsədimiz Suriyada BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsindəki Suriyadakı vətəndaş müharibəsinə son qoymaqdır. Buraya gələrkən məqsədimiz atəşkəsi təmin etmək idi və bunu edə bildik. Bununla belə, rejimin hər cür hücumlarına hazır vəziyyətdə olacağıq. Bu məsələdəki qətiyyətimizi son bir həftədə rejimə göstərmişik”. 

report.az