16:48, 12 Fevral 2019 (Çərşənbə axşamı) 342

Söyün Sadıqovun saxlanıldığı bildirilir

Söyün Sadıqovun saxlanıldığı bildirilir
Rusiyanın Rostov şəhərində azərbaycanlı diasporasının keçmiş rəhbəri Söyün Sadıqov yerli hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

"Report”un məlumatına görə, S.Sadıqov "reket” fəaliyyəti ittihamı ilə həbs olunub.

Onu güc yolu ilə 100 milyon rubl tələb etməkdə günahlandırırlar.

Keçmiş diaspor rəhbəri şəhərdəki kafelərinin birində hadisə zamanı saxlanılıb.

1960-cı ildə Gürcüstanda anadan olan Söyün Sadıqov uzun illər Rusiyada Azərbaycan Mədəni Muxtariyyətinin sədri vəzifəsində calışıb. O, 2012 -2018-ci illər Rusiya Prezidenti Vladimir Putinin etibarlı nümayəndəsi olub. S.Sadıqov Rusiyanın Gürcüstana qarşı müharibəsini və Rusiyanın Krımı ilhaq etməsini haqlı sayıb.

Onun adı uzun müddət mətbuatda müxtəlif siyasi və ictimai qalmaqallarda hallandırılıb.