11:20, 27 İyun 2019 (Cümə axşamı) 45

Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyasının qarşısında qoyulacaq

Tağıyevin heykəlinin
"Hacı Zeynalabdin Tağıyevin heykəlinin "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Bu yeganə təklifdi və abidənin başqa məkanda qoyulması gündəmə gəlməyib".

Bu barədə "Report" xəbər verir.

Xəbərdə deyilir ki, bunları Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə açıq heykəltəraşlıq müsabiqəsinin münsiflər heyətinin üzvü, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

O bildirib ki, Tağıyevin heykəlinin forması ilə bağlı təkliflər hələki müzakirə mərhələsindədir: "Müsabiqə iyunun 30-da başa çatacaq və sonra münsiflər heyəti ən layiqli layihəni seçəcək. Tağıyevin heykəlinin isə "İçərişəhər" metrostansiyasının qarşısında qoyulması təklif olunur. Hələlik bundan başqa bir təklif yoxdur".

İttifaq sədri əlavə edib ki, Azərbaycanın görkəmli memarları - Mikayıl Hüseynov və Sadıq Dadaşova da heykəl qoyulması planlaşdırılır: "Artıq heykəllərin eskizləri hazırdı, Mədəniyyət Nazirliyinə təqdim edilib".