16:34, 06 Sentyabr 2019 (Cümə) 72

Tağıyevin heykəlinin ilə bağlı müsabiqəsinin qalibi seçilib

Tağıyevin heykəlinin ilə bağlı müsabiqəsinin qalibi seçilib
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı müsabiqədə qalib layihə seçilib.

Heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq.

"Report.az" xəbər verir ki, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Məlumatda bildirilir ki, münsiflər heyətinin qərarına əsasən, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib, 1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İtiffaqının üzvü olub.

2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar rəssam", 2006-cı ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə "Xalq rəssamı" fəxri adına layiq görülüb.