Siyasət

Taleh Bağırzadənin həyat yoldaşına qarşı ittiham

22 Mart, 2019
1205
Penitensiar Xidmət "Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin xanımı Leyla İsmayılzadəni Qobustan həbsxanasına həyat yoldaşı üçün telefon keçirməyə cəhddə ittiham edir. Penitensiar Xidmətin bu barədə yaydığı rəsmi məlumatda deyilir ki, L.İsmayılzadə martın 21-də üç övladı ilə birlikdə həyat yoldaşıyla qısamüddətli görüşə gəlib. Gətirilən sovqata və onların əşyalarına baxış keçirilərkən uşaq çantasının içində oyuncaqların arasından "Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı tapılıb. Bununla bağlı araşdırmalar başlayıb.

Bağırzadənin yaxınları isə Meydan TV-yə bildirib ki, L.İsmayılzadə hazırda da övladları ilə birlikdə həyat yoldaşı ilə görüşdədir. Yaxınlarının sözlərinə görə, Penitensiar Xidmətin açıqlamasında yanlışlıq var, onlar martın 21-də qısamüddətli yox, uzunmüddətli görüşə gediblər. Uzunmüddətli görüş isə üç gün davam edə bilər.

Ailə üzvləri bildirib ki, martın 21-də evlərinə zəng edib, telefon məsələsini xəbər veriblər: "Yaxşı ki, özləri də düzünü yazıblar, telefon oyuncaqların arasında olub. Babasının köhnə telefonudur, Abbas (T.Bağırzadənin kiçik oğlu) ondan oyuncaq kimi istifadə edir. Görünür, atıb oyuncaqlarının arasına. Zəng eləyib bizə telefon məsələsini xəbər verəndə özlərinə də dedik. Həmişə üçgünlük görüşə gedəndə Abbasın oyuncaqlarını, pal-paltarlarını da aparırlar. Özləri də təsdiqləyə bilərlər. Ola bilsin, diqqətsizlikdən oyuncaqların arasında qalıb. Yoxsa Leyla həyat yoldaşına təzyiqləri, necə nəzarətdə olduqlarını bilə-bilə bunu edərmi?”, - deyə T.Bağırzadənin yaxınları bildirib.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Ona və həmin vaxt həbs olunan digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo