14:23, 24 İyun 2019 (Bazar ertəsi) 57

Tbilisidə DİN rəhbərinin istefası tələbi ilə avtomobil yürüşü başlayıb

Tbilisidə DİN rəhbərinin istefası tələbi ilə avtomobil yürüşü başlayıb


/ DÜNYA
Tbilisidə Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinin binasına doğru avtomobil yürüşü başlayıb.

"Report.az"ın məlumatına görə , yürüş nazirlik qarşısının qarşısınadək davam edəcək və orada keçiriləcək aksiyada daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunacaq.

Hakim Gürcü Arzusu Partiyasının etirazçıların proporsional sistem üzrə parlament seçkilərinin keçirilməsi ilə bağlı tələbini yerinə yetirməsinə baxmayaraq, aksiya saat 19:00-da Gürcüstan parlamentinin binası qarşısında davam etdiriləcək. Aksiyaçılar bütün tələblər yerinə yetirilənə qədər etirazları davam etdirəcəklərini bildiriblər.

Etirazçıların hələ qəbul olunmayan tələbləri daxili işlər nazirinin istefası və iyunun 20-də Tbilisidə keçirilən askiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasıdır.