20:41, 26 İyun 2019 (Çərşənbə) 96

Tbilisidə etiraz aksiyası başlayıb

Tbilisidə etiraz aksiyası başlayıb


/ DÜNYA
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında yenidən etiraz aksiyası başlayıb.

Bu barədə "Report.az" xəbər verir.

Xəbərdə bildirilir  ki, yeddinci gündür keçirilən aksiyada hələ kütləvilik müşahidə olunmur.

Etirazçıların tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-21-də Tbilisidə aksiya zamanı saxlanılanların hamısının azad olunması və aksiyanın zor gücünə dağıdılmasında iştitak edən, güc tətbiq edən xüsusi təyinatlıların cəzalandırılmasıdır.
 
Parlament yaxınlığına çox sayda polis cəlb olunub.