10:47, 19 Noyabr 2019 (Çərşənbə axşamı) 82

Tbilisidə etiraz aksiyası davam edəcək

Tbilisidə etiraz aksiyası davam edəcək


/ DÜNYA
Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası bu gün davam etdiriləcək. 

APA xəbər verir ki, bu barədə aksiyanın təşkilatçılarından olan "Utanc" hərəkatının lideri Şota Diqmelaşvili bildirib. Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 19:00-da parlament binası qarşısında aksiya davam etdiriləcək.

Saat 10.00-da isə Tbilisi Şəhər Məhkəməsi qarşısında ötən gün aksiyanın dağıdılması zamanı saxlanılanlara dəstək məqsədi ilə aksiya planlaşdırılıb. 

Noyabrın 19-da Tbilisidə 37 nəfər mühakimə olunacaq. Onlar Gürcüstan parlamentinin qarşısında etiraz edərkən saxlanıblar, hüquq-mühafizə əməkdaşlarına müqavimət və xuliqanlıq ittihamıyla saxlanıblar. Açıqlamanı vəkil Georgi Oniani verib.

Daxili İşlər Nazirliyinin noyabrın 18-də yaydığı bəyanata görə, parlament binasının girişləri "süni yaradılmış maneələrdən təmizlənib”.

"Qanunverici orqan hər hansı əngəlsiz fəaliyyət göstərə bilər”, – bəyanatda vurğulanır.

Dünən etirazçılar parlamentə girişi bağlamışdılar. Toqquşmalarda ikisi polis əməkdaşı olmaqla altı nəfərin xəsarət aldığı bildirilir.