Dünya

Tbilisidə etiraz aksiyası gecə boyunca davam edib

15 Noyabr, 2019
455
Tbilisidə dünən başlayan etiraz aksiyası gecə boyunca davam edib.

APA-nın yerli bürosu xəbər verir ki, parlament qarşısına çadırlar quran "Utanc” hərəkatının üzvləri Rustaveli prospektində avtomobillərin hərəkətininin bərpasına icazə verməyiblər. Hərəkat üzvləri tələbləri qəbul edilənəcək etiraz aksiyalarını davam etdirəcəklərini və prospektdə hərəkətə icazə verməyəcəklərini bildiriblər.

Gürcüstanın müxalif "Vətənpərvərlər Alyansı” isə bu gün parlamentə proporsional seçki sisteminə keçidlə bağlı yeni qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Partiyanın lideri İrma İnaşvili parlament çoxluğu olan "Gürcü Arzusu” Partiyasının hələ də kiçik dəyişikliklə konstitusiya düzəlişini qəbul etmək imkanı olduğunu deyib.

"Hətta bu böhran anında belə, çoxluq vəziyyəti düzəldə və uğursuz alınmış layihəni yüngül dəyişikliklə qəbul edə bilər. Bizim xırda dəyişikliklər etmək hüququmuz var. Təbii baryer 0.7 faiz əvəzinə 0.67 faiz ola bilər. Bu dəyişiklikilə biz parlamentə bu gün daxil ola bilərik”, - deyə İ.İnaşvili bildirib.

Ötən gün 2020-ci ildə Gürcüstanda proporsional qaydada parlament seçkilərinin keçirilməsini nəzərdə tutan konstitusiya düzəlişi layihəsi səsvermədən keçməyib. Parlament çoxluğu olan "Gürcü Arzusu" Partiyasının təqdim etdiyi düzəliş ilk oxunuşda kifayət qədər səs toplaya bilməyib. Mövcud qanunvericiliyə görə, konstitusiya düzəlişinin qəbul edilməsi üçün parlamentin 150 üzvündən 113-nün razılığı tələb edilir. Səsvermədə isə cəmi  101 deputat lehinə səs verib.

Məsələ ilə əlaqədar ötən gün aralarında parlamentin vitse-spikeri Tamar Çuqoşvili də olmaqla 8 millət vəkili hakim "Gürcü Arzusu” Partiyasından istefa verdiyini açıqlayıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo