17:00, 26 İyun 2019 (Çərşənbə) 44

Tbilisidə müxalifət tərəfdarları parlamentinin ətrafına toplaşır

Tbilisidə müxalifət tərəfdarları  parlamentinin ətrafına toplaşır


/ DÜNYA
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tbilisidə parlamentin binası ətrafına toplaşır.

Bu barədə "Report.az”  xəbər verir.

Xəbərdə deyilir ki, onlar parlamentin VMHP-dən olan deputatı Nika Melianın toxunulmazlığının aradan qaldırılması ilə bağlı qərarını gözləyirlər.

Parlament yaxınlığına çox sayda polis cəlb olunub.

Ötən gün Gürcüstanın Baş Prokurorluğu N.Melianın həbsinə razılığın verilməsi ilə bağlı parlamentə müraciət edib. Deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyada kütləvi zorakılığın təşkili, ona rəhbərlik etmək və iştirakda günahlandırılır.

Bu saatlarda Gürcüstan parlamentində N.Melianın mandatının dayandırılması məsələsinə baxılır. İclas səs-küy fonunda keçir.