19:35, 22 İyun 2019 (Şənbə) 122

Tbilisidə növbəti aksiya başlayıb

Tbilisidə növbəti aksiya başlayıb


/ DÜNYA
Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya başlayıb.

Bu haqda "Report.az” məlumat yayıb.

Məlumata görə hazırda aksiya iştirakçıları parlamentin önünə toplaşır.

3 gündür davam edən aksiyada kütləvilik ötən günlərə nisbətən azalıb. Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub.
 
Aksiya iştirakçılarının növbəti tələbi iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması ilə bağlıdır.

Aksiyaya müxalif partiyaların nümayəndələri də qoşulub.

Ötəngünkü aksiyanın tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası və növbədənkənar parlament seçkiləri olub.