20:33, 25 İyun 2019 (Çərşənbə axşamı) 49

Tbilisidə növbəti etiraz aksiyası başlayıb

Tbilisidə növbəti etiraz aksiyası başlayıb


/ DÜNYA
Tbilisidə Gürcüstan parlamentinin binası önündə yenidən etiraz aksiyası başlayıb.

Bu barədə "Report.az” məlumat yayıb.

Artıq altıncı gündür keçirilən aksiyanın tələbləri elan olunub.

Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20 və 21-də Tbilisidə saxlanılan etirazçıların hamısının azadlığa buraxılmasını tələb edirlər.

Müxalif "Güc birlikdədir” birliyinin liderləri də əraziyə toplaşıb. Onlar parlamentin Vahid Milli Hərəkat Partiyasından olan deputatı Nika Melianın həbsi ilə bağlı Baş Prokurorluğun qərarına etirazlarını bildiriblər.

Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub.