Dünya

Tbilisidəki aksiyada 28 nəfər saxlanılıb, 3 nəfər xəsarət alıb

26 Noyabr, 2019
312
Tbilisidə parlament binası ətrafında ötən gün saat 19:00-dan etibarən keçirilən aksiyanın dağıdılması zamanı 28 nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər polisə tabe olmamaq və xırda xuliqanlıqda ittiham olunurlar.

Məlumata əsasən, aksiyanın dağıdılması zamanı üç nəfər xəsarət alıb ki, onlar da müvafiq tibbi yardım ilə təmin olunublar.

Xüsusi təyinatlılar aksiyanı saat 5:12-də su şırnağı maşınının tətbiqi ilə dağıtmağa başlayıb. Parlament binasına girişlər etirazçılardan təmizlənib.

Gürcü polisi Tbilisidə parlamentin binası qarşısında toplaşmış mitinq iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib. 

"Yeni Gürcüstan" Partiyanın lideri Qeorqi Vaşadze bilddirib ki, polis tərəfindən bir neçə nəfər saxlanılıb. Onlar arasında müxalif siyasətçilər də var.

Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti kütləvi aksiya başlayıb. Gürcüstan müxalifətçiləri ilk öncə Birinci Respublika Meydanından parlamentin binasının qarşısına qədər yürüş edib. Gecə saatlarında aksiyaçılar qanunverici orqanın binası qarşısında çadırlar qurublar. Onlar bildiriblər ki, deputatların parlamentin bugünkü plenar iclasında iştirakına imkan verməyəcəklər. 

Aksiyaçıların tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo