18:11, 11 Mart 2019 (Bazar ertəsi) 303

Teatr və konsert müəssisələri işçilərinin maaşları artırılıb

Teatr və konsert müəssisələri işçilərinin maaşları artırılıb
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında" sərəncam imzalayıb.

Xəbəri  martın 11-də AZƏRTAC yayıb.

Sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.