16:18, 15 Oktyabr 2020 (Cümə axşamı) 82

TƏBİB: karantin rejminin şərtlərinə yenidən baxıla bilər

TƏBİB: karantin rejminin şərtlərinə yenidən baxıla bilər
"Bir neçə həftə əvvəl koronavirusa yoluxma ilə bağlı vəziyyət bizim xeyrimizə idisə, son günlərdə bu istiqamət dəyişib. Görürük ki, günlük yoluxma mənfi tendensiya üzrə inkişaf edir”.

Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
"Artıq bütün dünya ölkələrində karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayının artdığını görə bilirik. Bir gün ərzində bu qədər əlavə yoluxmanın olması ciddi rəqəmdir. Yoluxma bu şəkildə gedərsə, biz təkrarı yaşaya bilərik”.

Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması, payız mövsümünün gəlişi, insanların qaydalara ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub.

O, həmçinin yoluxma sayının artmasını fikirlərin ön cəbhəyə yönəlməsi ilə əlaqələndirib. Bununla insanlar maska taxmaq, sosial məsafənin qorunması anlayışını unudurlar.

İnfeksionist vurğulayıb ki, xəstəliyə yoluxma sayı artarsa, yaxın gələcək üçün qazana biləcəyimiz hərbi uğura mənfi təsir göstərə bilər.
"Əgər daxildə koronavirusa yoluxmanın qarşısını ala bilməsək, bu, daha da geniş arealda yayılacaq. Virus ordu sıralarına qədər yayıla bilər. Təbii ki, o zaman xəstəliyin qarşısını almaq çox çətin olacaq”.

O bildirib ki, artım davam edəcəyi təqdirdə karantin rejminin şərtlərinə yenidən baxıla bilər.

Bu gün Azərbaycanda yenidən koranavirusa yoluxmada ciddi artım müşahidə olunub. Belə ki, 530 virusa yoluxub, 3 nəfər isə xəstəlikdən həyatını itirib.