Sosial

Tədqiqat Mərkəzi: Azərbaycanın pandemiya siyasəti özünü doğrultmayıb

14 Yanvar, 2021
506
FOTO: Sosial Media 

"İmpuls” Tədqiqat Mərkəzi Azərbaycan hökumətinin pandemiya siyasəti və onun cəmiyyətdə yan təsirləri ilə bağlı 2020-ci ilin sentyabr-dekabr aylarında araşdırma həyata keçirib. Araşdırma əsas etibarilə 5 qrup üzrə ayrı-ayrı ekspertlərin fikirləri əsasında hazırlanıb. Ekspertlər pandemiyanın iqtisadiyyata, vətəndaş cəmiyyətinə, həmçinin siyasi və psixoloji təsirlərini, pandemiya ilə mübarizədə verilən qərarların hüquqiliyini və effektivliyini dəyərləndiriblər. Bundan başqa araşdırmada ikinci pandemiya dövründə 2029 sosial şəbəkə iştirakçısı arasında onlayn şəkildə keçirilmiş sorğunun nəticələri yer alıb.

Araşdırmada iştirak edən ekspertlərin ümumi rəyi ondan ibarət olub ki, Azərbaycanda "pandemiya siyasəti” mütəxəssislərin, vətəndaş cəmiyyətinin, bu sahədə müvafiq biliklərə malik olan şəxslərin fikirləri nəzərə alınmadan, dünya təcrübəsi dərindən araşdırılmadan həyata keçirildiyinə və sadəcə məhdudiyyətlərdən ibarət olduğuna görə özünü doğrultmayıb. Ekspertlər hesab edir ki, Azərbaycanda həyata keçirilən "pandemiya siyasəti” strateji cəhətdən planlı olmayıb və dünya ölkələrində tətbiq edilən məhdudiyyətlər olduğu kimi birbaşa ölkə ərazisində icra edilib. Digər tərəfdən pandemiyaya qarşı mübarizəyə cavabdeh olan Operativ Qərargahın tərkibinin ictimaiyyətə açıq olmaması və hansı əsaslarla formalaşdırılması aydın olmadığı üçün cəmiyyətdə bu quruma qarşı güvənsizlik yaradıb. Əhalinin sağlamlığının qorunmasına cavabdeh qurum - Səhiyyə Nazirliyinə aid səlahiyyətlərin əsas vəzifəsi «tibbi sığortanın həyata keçirilməsi» olan TƏBİB-ə ötürülməsi bu güvənsizliyi daha da dərinləşdirib.

Real göstəricilər rəsmi göstəricilərdən daha böyükdür.

Pandemiyanın iqtisadi təsirini ölçən ekspertlər pandemiya dönəmində iqtisadiyyatın azaldığını və 3,1-3,8% arasında gerilədiyini bildiriblər. Verilən rəsmi göstəricilərə görə qeyri-neft iqtisadiyyatı 2,7%, sənaye istehsalı 4,5%, qeyri-neft fonduna investisiyalar 10% azalıb. Kənd təsərrüfatında 1,6%, pərakəndə ticarət dövriyyəsində 1,5%, əhaliyə göstərilən pullu xidmətlərdə 26% azalma olub. Əhalinin nominal gəlirləri 1,4%, real gəlirləri isə 4,2% azalıb. Ən ciddi azalma turizm və ictimai-iaşə sahəsində olub - 2,1 dəfə kiçilib. İşsizlik 40% artıb. Lakin ekspertlər hesab edirlər ki, real göstəricilər rəsmi göstəricilərdən daha böyükdür. Ekspertlərin fikrincə, pandemiya dönəmində büdcə dəyişilsə də, azalma böyük olmamışdır. Onlara görə, büdcə kəsirinin ciddi olaraq artmamasının əsas səbəbi pandemiya ilə əlaqədar dövlət yardımlarının digər ölkələrlə müqayisədə məhdud olmasındadır.

Ekspertlərin ümumi rəyinə görə pandemiya zamanı hakimiyyətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərin hüquqi əsası qeyri-legitim olub. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları Azərbaycanın beynəlxalq öhdəliklərini nəzərə almaq şərtilə qismən və müvəqqəti şəkildə müharibə, hərbi və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən məhdudlaşdırıla bilər. Ekspertlər elan edilən karantin tədbirlərinin konstitusion legitimliyinin olmaması səbəbilə, habelə pandemiya ilə bağlı qərarların "Normativ hüquqi aktlar haqqında qanun”un tələblərini pozaraq qəbul edilidyi üçün onların pozuntusu halında tətbiq edilən sanksiyaların da legitim olmadığı barədə həmfikirdirlər.

Pandemiya dönəmində hakimiyyət müxalif siyasi fəaliyyəti məhdudlaşdırmağa çalışıb

Ekspertlərin ortaq fikri ondan ibarət olub ki, ölkəmizdə tətbiq edilən pandemiya siyasəti və karantin tədbirləri vətəndaş hüquq və azadlıqlarını zərurəti aşan ölçüdə və ölkənin siyasi həyatında olan problemləri örtmək üçün tətbiq edilmişdir. Rəyi soruşulan müsahiblərin ümumi fikri ondan ibarət olub ki, pandemiya dönəmində hakimiyyətin müxalifətə qarşı davranışı müxalif siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlmişdi. Müsahiblər hakimiyyətin pandemiyadan öz siyasi məqsədləri üçün sui-istifadə etdiyinə nümunə olaraq karantin qaydaları bəhanəsilə müxalif tənqidçilərin karantin qaydalarını pozmaq adı ilə həbs edildiyini və müxalif təşkilatlara qarşı təşkil olunan kiberhücumlar faktını qeyd edirlər.

Müsahibədə iştirak edən psixoloq-ekspertlər pandemiya dönəmində insanların ciddi təsir altında olduğu və bütün yaş qruplarının mənfi psixoloji təsirə məruz qalması barədə həmfikirdilər. Onlar hesab edirlər ki, pandemiya dönəmində cəmiyyətin kütləvi depressiyaya qapılmaq ehtimalı yüksəldi. Depressiyadan çıxmaq üçün ünsiyyətdə olmaq lazım olsa da insanlar ardıcıl tətbiq edilən sərt karantin səbəbilə evdən çıxa bilmədilər. Pandemiya dönəmində sosial şəbəkələrdə ciddi aktivlik müşahidə olundu. Sərt karantinlərin tətbiq edildiyi dönəmdə bu aktivlik açıq aqressiv yanaşma şəklini almışdır. Bu aqressivlik həm Operativ Qərargahın qəbul etdiyi qərarlara, həm hakimiyyətin davranışlarına, həm də dövlət məmurlarına qarşı münasibətdə özünü göstərirdi. Ölkədə onlayn təhsillə bağlı bazanın olmaması və təhsil alan uşaqların sayına uyğun evlərdə cihazların olmaması da aqressiyanı artırıb.

Respondentlərin 45.4%-i Covid-lə bağlı vəziyyəti ciddi qəbul etməyib

2029 nəfər arasında onlayn qaydada keçirilən sorğunun nəticələri göstərib ki, sosial şəbəkə istifadəçilərinin böyük hissəsi virusa yoluxma riskindən narahatdır, lakin böyük kəsim insan maska taxmağa və sosial məsafəyə riayət etməyə isti yanaşmadığını və pandemiya ilə bağlı tədbirləri dəstəkləmədiyini bildirib. Belə ki, sorğuda iştirak edənlərin 79.8%-i virusun varlığına, 65.5%-i isə virusun deyildiyi qədər təhlükəli olduğuna inanır. İkinci karantin dövündə aparılmış bu sorğuda iştirakçıların kifayət qədər yetərli nisbətinin - 45.4%-nin Covid-lə bağlı vəziyyəti ciddi qəbul etmədikləri ortaya çıxıb. Respondentlərin 40,8%-i maska taxmağa və sosial məsafəyə riayət etməklə bağlı suala birmənalı cavab verməyib.

Sorğuda iştirak edənlərin 90.7%-i SMS-icazəli sərt karantin rejiminin uzunmüddətli olmasından narahat olduğunu ifadə edib. Bu narahatlılığın səbəbi əsasən işini itirmək, iş tapa bilməmək qorxusu kimi qarşımıza çıxır – respondentlərin 78.16%-i karantin zamanı gəlirdən mərhum olmaq təhlükəsindən öz narahatlığını dilə gətirib. Respondentlərin 41,6% + 18,1% = 59,76%-i pandemiya ilə bağlı tədbirləri dəstəkləmədiyini bildirib, yaxud hansısa fikir bildirməkdən imtina edib.

Sorğudan əldə edilən nəticələr göstərib ki, pandemiya ilə bağlı maarifləndirmə işinin zəif olmasının, hökumətin virusla mübarizədə gördüyü tədbirlərin qeyri-effektivliyinin insanların baxışlarına və davranışlarına, nəticə etibarilə hökumətin gördüyü tədbirlərə güvənsizliyinə gətirib çıxarıb.

Pandemiya ilə mübarizə siyasətinin uğursuzluğu iki amillə izah olunur

Beləliklə, tədqiqat göstərib ki, Covid-19 pandemiyasının və bununla əlaqədar tətbiq edilən karantin rejimi iqtisadiyyata, siyasi münasibətlərə, insanların sosial vəziyyətinə və psixoloji durumuna ciddi mənfi təsir edib. Buna bir tərəfdən pandemiyanın mahiyyətindən doğan obyektiv səbəblər, bir çox hallarda vətəndaşların laqeydliyi, digər tərəfdən isə idarəetmənin qeyri-səmərəli, maarifçiliyin aşağı səviyyədə olması, iqtisadi sistemin qeyri-şəffaflığı və siyasi sistemin avtoritarlığından irəli gələn səbəblər vəsilə olmuşdur.

Ekspertlərin şərhlərinə əsasən Azərbaycanda pandemiya ilə mübarizə siyasətinin uğursuzluğu iki əsas amilə bağlı olub: 1. Hökumətin strategiyasının xəstəliklə mübarizə üzərində qurulmaması və əhalinin sağlamlığına yönələn maarifləndirmə işinə köklənməməsi, bunun əvəzinə  isə əsas fəaliyyətin sadəcə məhdudiyyətlərin tətbiqinə sərf edilməsi; 2. Əhalinin pandemiya ilə bağlı verilən qərarlara güvənsizliyi və etimadsızlığı.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo