20:43, 13 İyun 2019 (Cümə axşamı) 79

Tehran məhkəməsi türk fəalına verilən cəzaları qüvvədə saxlayıb

Tehran məhkəməsi türk fəalına verilən cəzaları qüvvədə saxlayıb


/ DÜNYA
Tehran vilayət məhkəməsi türk fəal Cəfər Rüstəmi-Radın apellyasiya şikayətini rədd ediv və əvvəl çıxarılan 6 ay həbs və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzasını qüvvədə saxlayıb.

Bu barədə "amerikaninsesi.org" məlumat yayıb.

Məlumata görə,hakim Əhməd Zərgər siyasi fəalın kassasiya şikayətinə Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsində baxıb.

Tehran İnqilab Məhkəməsi Rüstəmi-Radı ötən ilin dekabr ayında "İran İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərməkdə günahlandırıb.
Nəticədə, 6 ay həbs və əlavə olaraq naməlum müddətə qədər ictima-siyasi fəaliyyətlər və media fəaliyyətindən məhrumiyyət cəzasına məkum edib.

Apellyasiya Məhkəməsi ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Cəfər Rüstəmi-Rad keçən ilin iyul ayında İran Azərbaycanında keçirilən ənənəvi Babək Qalası yürüşü ilə əlaqədar saxlanılmışdı.