11:41, 14 Fevral 2019 (Cümə axşamı) 395

Ötən ayın vergi statistikası açıqlanıb

Ötən ayın vergi statistikası açıqlanıb
Bu ilin yanvarında vergi orqanlarına 22 min 422 müraciət daxil olub. 

Vergilər Nazirliyinin məlumatında deyilir ki, müraciətlərin 47,4 faizi müxtəlif arayışların alınması, 18 faizi kameral vergi yoxlamaları, 14,5 faizi sosial sığorta ödənişləri, 6,1 faizi vergi borcları, qalanları ƏDV, vergi qanunvericiliyinin tətbiqi, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri, işə qəbul, işlə təmin edilmə və digər məsələlərlə bağlıdır. Baxılmış müraciətlərdən 76 faizi tam, 0,3 faizi qismən müsbət həll olunub, 22,7 faizi barədə müvafiq izahatlar verilib.

Nazirliyin aparatına daxil olmuş 1751 müraciətdən 76 faizi ərizə, 22,3 faizi şikayət, 1,7 faizi təklifdir. Ay ərzində nazirliyin aparatına daxil olan 163 faktiki şikayətdən baxılması başa çatdırılanların 74,3 faizi barədə müvafiq izahatlar verilib, 11,4 faizi müsbət həll olunub, 5,7 faizi əsassız sayılıb, qalanları icradadır.

Başqa bir hesabata görə, yanvarda qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 9 min 829 (1122 hüquqi şəxs, 8 min 707 fiziki şəxs) olub, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,1 faiz çoxdur.

Qeydiyyatdan keçmiş vergiödəyicilərinin 48,9 faizi regionların payına düşüb. Fevralın 1-nə vergi orqanlarında qeydiyyatda olan ödəyicilərin ümumi sayı 979 min 330-a çatıb.