11:15, 19 Oktyabr 2020 (Bazar ertəsi) 67

Tərtər atəşə tutulub: mülki şəxs yaralanıb

Tərtər atəşə tutulub: mülki şəxs yaralanıb
Oktyabrın 19-u səhər saatlarından etibarən Tərtər rayonunu erməni hərbi bölmələri tərəfindən intensiv atəşə tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, atılan top mərmisi Tərtər rayonun Ələsgərli kəndinə düşüb. 

Nəticədə 1962-ci il Səlimov Niyaz Hüseynalı təvəllüdlü mülki sakin yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.