10:04, 26 Oktyabr 2020 (Bazar ertəsi) 98

Tərtər atəşə tutulub (YENİLƏNİB)

Tərtər atəşə tutulub (YENİLƏNİB)
15:15
 
Ağcabədi rayonu yenidən atəşə tutulub.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
 
***
12:13
 
Oktyabrın 26-ı saat 11.20 radələrində Ağcabədi rayonu atəşə tutulub
 
 
 ***
 
10:09
 
Azərbaycanın dövlət sərhəddində yerləşən yaşayış məntəqələri və bölmələri atəşə tutulub. 
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumatda Ermənistanın Berk, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsəni atəşə tutduğu bildirilir. 
 
Nazirliyin verdiyi məlumata görə,  Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələr də atşə məruz qalıb.

08.24

Oktyabrın 26-da Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulub. 

08.15

Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

Bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda deyilir. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.

Növbəti atəşkəs razılaşması isə bu gün saat 08.00-da qüvvəyə minib.