13:50, 27 Fevral 2020 (Cümə axşamı) 339

"Tərtər işi" hadisələrində zərərçəkmişlərin ailələri Prezident Administrasiyası qarşısında - VİDEO

 
 
Fevralın 27-də "Tərtər işi” üzrə mühakimə edilmiş və istintaq zamanı həyatını itirmiş şəxslərin ailə üzvləri Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd ediblər. 

Onlar administrasiyaya dəfələrlə müraciət ediblər, amma cavab almayıblar. Polis növbəti dəfə aksiya iştirakçılarını binadan uzaqlaşdırıb. 

2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanat yayaraq, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluğa görə bir qrup hərbiçi və mülki şəxsin saxlanıldığını bildirib.
 
Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 təqsirləndirilən şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.
 
Hazırladı: Əbülfət Baxşəli