Sosial

"Texniki səbəblərdən pullarını ala bilməyənlər maydan sonra alacaqlar" - Ekspert

29 May, 2019
327
"Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Bununla yanaşı, bir sıra suallar hələ də gündəmdədir. Hansı ki, həmin suallara konkret cavab yoxdur".

İqtisadçı Vüqar Bayramov belə deyir. Ona görə bu suallardan ən önəmlisi "bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi” - sualıdır.

"Kompensasiya almaq hüququ olan, amma fərqli, o cümlədən, texniki səbəblərdən pullarını ala bilməyənlər maydan sonra da bu imkandan istifadə edə biləcəklər. Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb, amma onun hələ də almayıb və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda, vətəndaş may ayında kompensasiya ala bilməsə də, ona vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək. O baxımdan, mayda kompensasiya ala bilməyən, amma bu hüququ olanlar üçün vəsait ödənişi həyata keçiriləcək".

Problemli kreditlərin restrukturizasiyası nə üçün yubanır?

İqtisadçı deyir ki, kompensasiyaların sürətli verilməsinə rəğmən, problemli kreditlərin restrukturizasiyası (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) prosesi nisbətən gec başlayıb. 600 mindən artıq vətəndaşın kompensasiya hüququ yaranıb və 300 minədək insanın problemli kreditləri restrukturizasiya olunacaq:

"Bu baxımdan, birinci mərhələdə diqqət kompensasiyaların verilməsinə yönəldildi. Gələn aydan etibarən problemli kreditlərin restrukturizasiyası daha intensiv həyata keçiriləcək. O baxımdan, kreditin restrukturizasiyası olunacaq, amma hələ də bu güzəştdən istifadə edə bilməyənlər gələn aydan etibarən güzəştli kredit şərtləri əldə edəcəklər".

Restrukturizasiya oluna kreditlərdə zaminliyə xitam veriləcəkmi?

V.Bayramov deyir ki, fiziki şəxsin kredit borcunun əsas məbləği 17 min manatdan azdırsa və həmin xətt üzrə gecikmə müddəti 360 gündən çoxdursa, həmin şəxslərə restrukturizasiya prosesləri çərçivəsində, gecikmədə olan kreditini bağlamaq məqsədilə 5 il müddətinə (1 il güzəşt müddəti ilə) 1 faiz dərəcəsi ilə yeni kredit təklif olunur:

"Həm Mülki Məcəllənin 477-ci maddəsinə, həm də yeni mexanizmə görə, kredit şərtləri dəyişdirildikdə zaminlik hüququna xitam verilir. Bu isə o deməkdir ki, əgər bank kredit xəttinin restrukturizasiya olunması barədə qərar verərsə və yeni müqavilə bağlanarsa, o zaman əvvəlki kreditdə zamin duranların zaminliyinə xitam verilir. Yəni, problemli kreditdə zamin olanlar yeni restrukturizasiya olunan kreditdə artıq zamin olmayacaqlar. Sadəcə bura bir məqam var ki, bank yeni kredit müqaviləsində köhnə zaminin qalmasını istəyərsə və zamin bundan imtina edərsə, o zaman bank restruktrizasiya müqaviləsi bağlamaya bilər. Bu halda problemi kredit mövcud şərtləri ilə davam edəcək. Buna görə də, yeni müqavilədə zamin olmaması və ya yeni zaminlə anlaşma imzalanması üçün bankın razılığına ehtiyac var. Əgər zamin olduğunuz kredit müqaviləsi artıq restruktrizasiya olunubsa və zaminlə əlaqə saxlanılmayıbsa, bu halda, həmin zaminliyə xitam verilmiş hesab olunur".

Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında formalaşdırılan Apelyasiya Komissiyasına müraciətlərə nə zaman cavab veriləcək?

V. Bayramov deyir ki, qaydalara əsasən, apelyasiya müraciətlərinə 30 iş günü ərzində cavab verilməlidir. Bu isə təxminən 1 ay yarımdan çox zaman alır:

"Bu baxımdan, müraciətdən sonra iş günlərinin sayını hesablamaqla komissiyanın nə zaman müraciəti cavablandıracağını müəyyənləşdirmək olar.

Bu ay kompensasiyaların verilməsi başa çatır. Apelyasiya Komissiyasının müsbət cavab verdiyi müraciətlər üzrə vəsait ödənişi necə həyata keçiriləcək? Kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq, Azərbaycan Prezidentinin imzaladığı fərmanın icra müddəti ilin sonunda bitir. Buna görə də, müraciətlərinə müsbət cavab alan vətəndaşlarımız növbəti aylarda kompensasiya ilə təmin olunacaqlar".

Apelyasiya Komissiyasından mənfi cavab alan, amma kompensasiya almaq hüququnun olduğunu iddia edən vətəndaşlarımız növbəti mərhələdə nə edə bilərlər?

İqtisadçı deyir ki, Azərbaycan qanunvericiliyinə əsasən, vətəndaş komissiyanın qərarından məhkəməyə müraciət edə bilər. Məhkəmə vətəndaşın xeyirinə qərar qəbul etdiyi və bütün instansiyalar keçildiyi halda, həmin şəxsə kompensasiya ödəniləcək:

"Mayda kompensasiyaların verilməsi bitir və əsas məbləği 10 min dollardan çox olan kreditlərə kompensasiya ödnilə bilərmi? Bildiyiniz kimi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mart ayında əsas məbləği 10 min dollardan çox olan kreditlərə differensial olaraq kompensasiyanın verilməsi barədə təkliflərini hökumətə təqdim edib. Yəni, biz 10 min dollardan çox olan kreditlərin ilk 10 min dollarına kompensasiyanın hesablanmasının tərəfdarıyıq. Məsələn, vətəndaşın 12 min dollar krediti olub və indiki qaydalara əsasən, o, kompensasiyadan yararlana bilmir. Biz təklif edirik ki, həmin kredit xəttinin 10 min dollarına kompensasiya hesablansın. Bu ay kompensasiyaların verilməsi müddətinin başa çatmasına baxmayaraq, bizim təkliflər qəbul olunarsa və rəsmi qərar olarsa, o halda 10 min dollardan artıq kreditlərə kompensasiya ödənilə bilər. Belə ki, proses ilin sonunadək davam edəcək. Buna görə də, rəsmi qərar olarsa, bu halda ilin sonunadək istənilən zaman bu kompensasiyaların ödənilməsi mümkündür. Qeyd edək ki, belə qərar qəbul ediləcəyi halda, böyük maliyyə yükü yaranmır və büdcənin mövcud imkanları ilə bunu etmək mümkündür. Buna görə də, ümid etmək istərdik ki, bu təklifimiz də qəbul olunacaq".
 
Meydan.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo