12:44, 10 Oktyabr 2019 (Cümə axşamı) 44

Texnolgiya parkı və sənaye məhəllələrinə 3,4 milyard dollar investisiya qoyulub

Texnolgiya parkı və sənaye məhəllələrinə 3,4 milyard dollar investisiya qoyulub
Azərbaycanda texnolgiya parkı və sənaye məhəllələrinin rezidentləri tərəfindən reallaşdırılan layihələrə qoyulan investisiyaların həcmi 3,4 milyard dollar dəyərləndirilir.

Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Standartların tətbiqi: Azərbaycan və Türkiyənin əməkdaşlığı” konfransında deyib.

Onun sözlərinə görə, bu günədək rezidentlər reallaşdırılan layihələrə 3,4 milyard dollar investisiya qoyub:

"Bu günədək Azərbaycanda 9 sənaye parkı və məhəlləsi yaradılıb, burada 82 rezident qeydiyyata alınıb”.

Nazir müavini əlavə edib ki, 45 rezident istehsal fəaliyyətinə başlayıb.