16:58, 11 Mart 2019 (Bazar ertəsi) 390

Təyyarə bomba həyəcanı ilə Bakıya enib

Təyyarə bomba həyəcanı ilə Bakıya enib
Bəhreyndən Moskvaya uçan «Ural Hava Yolları» aviaşirkətinə məxsus «Airbus A321» təyyarəsi martın 11-i saat 15 radələrində Bakıda Heydər Əliyev hava limanına məcburi eniş edib.

Bakı aeroportunun mətbuat xidmətindən bildiriblər ki, qəza enişinin səbəbi gəmi komandirinin təyyarədə bomba ola bilməsindən şübhələnməsidir.

Aeroportun qəza-xilasetmə xidməti həyəcan siqnalı ilə hazırlıq vəziyyətinə gətirilib.

Təyyarədə ekipaj üzvləri ilə birgə 225 nəfər olub.

Komandir sərnişinlərin təcili təxliyə olunmaları haqda qərar qəbul edib.

Bakı aeroportundan bildiriblər ki, axtarışlar hələ davam edir, ictimaiyyətə əlavə məlumat veriləcək.

Azadlıq Radiosu