10:54, 07 İyun 2019 (Cümə) 152

Tereza Meyin istefa verəcəyi tarix bəlli olub

Tereza Meyin istefa verəcəyi tarix bəlli olub


/ DÜNYA
İyunun 7-də Britaniyanın Baş naziri Theza Meyin hakim Mühafizəkar Partiyası liderliyindən istefa verəcəyi gözlənir. Onun yerinə təyinat oluncaya qədər baş nazir vəzifəsini icra edəcək.

Hələlik, baş nazirliyə 11 deputat namizədliyini verib. İkimərhələli seçim prosesi iyunun 10-da başlanacaq.

62 yaşlı May istefasını Mühafizəkarlar Komitəsinə məktubunda təsdiqləyəcək.

O, Britaniyanın Avropa Birliyindən çıxmasından ötrü Breksit sazişini parlamentdən keçirə bilmədikdən sonra istefa verəcəyini deyib.

Mühafizəkarlardan 313 deputat iki həftə ərzində səsvermələrlə namizədlərin sayını 2-yə salmalıdır.

Bundan sonra partiyanın 125 min üzvü lideri seçəcək və o, baş nazir postuna keçəcək.

Keçmiş xarici işlər naziri, Breksit tərəfdarı Boris Johnson Meyin əvəzləməyə ən iddialı namizəd sayılır.

Apreldə AB Britaniyaya qurumdan çıxmağa daha altı aylıq möhlət verib. Bu müddət oktyabrın 31-də bitir.
 
AzadlıqRadiosu