Dünya

TNT Zelenskiy-nin çəkildiyi serialın yayımını dayandırıb

12 Dekabr, 2019
393
Rusiyanın TNT televiziyası Ukrayna Prezidenti Volodymyr Zelenskiy-nin baş rolda çəkildiyi "Xalqın xidmətçisi” serialının yayımını dayandırıb. Dekabrın 11-də serialın üç seriyası göstəriləndən sonra yayım kəsilib.

AzadlıqRadiosu xəbər verir ki, yayımın dekabrın 12-13-də davam edəcəyi bildirilsə də, həmin saatlarda telekanalda başqa komediya serialları göstərilir.

Zelenskiy serialda tarix müəllimi rolundadır, qəfildən prezident seçilir.

TNT Gazprom Media şirkətinə məxsusdur.

Bu addımdan iki gün qabaq Rusiya Prezidenti Vladimir Putin Kiyevlı münasibətdə buzların "ərimə”sindən danışıb. Bundan öncə isə Kiyevdə Zelenskiy ilə bir araya gələrək Ukraynanın şərqindəki münaqişənin həlli yollarını müzakirə edib.

Kremlin sözçüsü Dmitry Peskov Putinin seriala baxacağı ilə bağlı suala cavabında deyib ki, prezidentin televizora baxmağa "vaxtı yoxdur”.

Serialın reklamında telekanal 35 milyonluq həftəlik izləyicisinə deyib ki, "şou utopiyadır və Zelenskiy-nin Ukraynası ilə heç bir əlaqəsi yoxdur”.

Yayım kəsilməmişdən, Uzaq Şərqdəki rusiyalı tamaşaçılar sosial mediada yazıblar ki, komediya şousunun kəsilməmiş versiyasına baxa biliblər.

Günün sonuna yaxın Rusiyanın Moskva daxil Avropa hissəsindəki tamaşaçılar serialdan bir hissəsinin kəsildiyini müşahidə ediblər. Zelenskiy-nin oynadığı obraz bahalı İsveçrə qol saatının adını çəkir, həmin brendin tələffüzü rusca bəzi tənqidçilərin Putin-lə bağlı işlətdiyi ədəbsiz sözü xatırladır.

TNT-dən yerli mediaya bildirilib ki, şounun bütün seriyalarını göstərməyi planlaşdırmayıblar və qərarı "marketinq hiyləsi” adlandırıblar. Amma reklamda bu haqda bir söz deyilmirdi.

Dekabrın 12-də "Xalqın xidmətçisi” Rusiyanın onlayn "Premier” yayım platformasında yayımlanmalıdır.

Şounun birinci hissəsi 2015-ci ildə buraxılıb. Zelenskiy bu ilin aprelində prezident seçilib. Onun "Xalqın xidmətçisi” partiyası daha sonra parlament seçkisində üstünlüyü əldə edib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo