22:05, 12 Aprel 2019 (Cümə) 244

Tofiq Məmmədov bu il üçüncü dəfə eyni ittihamla həbs edilib

Tofiq Məmmədov bu il üçüncü dəfə eyni ittihamla həbs edilib
Aprelin 12-də Bakının Yasamal rayon Məhkəməsi AXCP fəalı Tofiq Məmmədovu 20 sutka inzibati həbsə məhkum edib.
 
O İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlandırılıb. 

Tofiq Məmmədov bu il ərzində artıq eyni ittihamla 3-cü dəfədir (Milli Şuranın yanvarın 19-dakı mitinqindən öncə 20 sutka, fevralın 22-də 15 sutka, ) inzibati həbsə məhkum edilir.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 52 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inizbati həbsə məhkum edilib.

AXCP-nin 22 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmir.

Amerikaninsesi.org