Sosial

Tofiq Qasımov vəfat edib

29 Yanvar, 2020
795
Bu gün, yanvarın 29-da səhər saatlarında Azərbaycanın keçmiş xarici işlər naziri, bir müddətdir mühacirətdə yaşayan Tofiq Qasımov vəfat edib.

AzadlıqRadiosu xəbər verir ki, bu barədə yayılan məlumatı Müsavat Partiyasının başqanı Arif Hacılı da təsdiqləyib.​ «Keçmiş nazir Tofiq Qasımovun vəfatı ilə bağlı məlumatı yaxın dostu Mirbaba Babayev yayıb və məlumat həqiqətdir», - o qeyd edib.

A.Hacılının sözlərinə görə, hələlik, dəfnin harada olacağı məlum deyil: «Tofiq Qasımov Azərbaycanın görkəmli siyasi xadimlərindən biri, milli-azadlıq hərəkatının liderlərindən idi. Azərbaycan üçün ən çətin dövrlərdə xarici işlər naziri vəzifəsini yerinə yetirib. O, həm də görkəmli fizika alimi idi. Müsavat Partiyasının Bərpa Mərkəzinin və partiyanın üzvü idi. Onun vəfatı Müsavat Partiyası, demokratik düşərgə və eləcə də Azərbaycan xalqı üçün böyük itkidir».

T.Qasımovun ailəsiylə birgə yaşadığı İsveçrənin Lütsern şəhərində 82 yaşında vəfat etdiyi bildirilir.

Tofiq Məsim oğlu Qasımov 1938-ci il aprelin 10-da Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1945-1955-ci illərdə Ağstafa dəmiryol məktəbində oxuyub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil alıb.

Universiteti 1960-cı ildə Stalin təqaüdçüsü kimi bitirib və Elmlər Akademiyasının (EA) Fizika İnstitutuna işə göndərilib. Leninqrad (Sankt-Peterburq) şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub. 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.

1987-ci ildən siyasətə qoşulub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından, onun proqram və nizamnaməsinin müəlliflərindən biri olub.

1988-ci ilin mart-may aylarında Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin proqramının hazırlanmasında iştirak edib. Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub. Azərbaycan SSRİ xalq deputatı seçilib.

O, 1992-1993-cü illərdə, mərhum prezident, Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışıb.

T.Qasımov 1995-ci il sentyabrın 19-da həbs edilmişdi. Ona qarşı qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi ittihamlar irəli sürülmüşdü . Bundan əvvəl onun deputat mandatı da əlindən alınmışdı.1996-cı il fevralın 22-də isə keçmiş nazir səhhətinə görə həbsxanadan buraxılmışdı. 1996-cı il mayın 22-də Ali Məhkəmə keçmiş nazirin sağlamlıq durumu barədə ekspertlərin rəyləri hazır olana qədər prosesin dayandırılması barədə qərar qəbul etmişdi.

Haqqında məhkəmə prosesi dayandırılandan sonra T.Qasımov bir müddət Türkiyə universitetlərində dərs deyib. Sonra Norveçə mühacirət edib. Sonra isə İsveçrəyə köçmüşdü.

Onun 2 qızı var.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo