10:56, 21 Oktyabr 2019 (Bazar ertəsi) 667

Tofiq Yaqubludan xəbər var: “Döyülüb, qabırğası sındırılıb”

Tofiq Yaqubludan xəbər var: “Döyülüb, qabırğası sındırılıb”
Nigar Həzi atası Tofiq Yaqubluya işgəncələr verildiyini bildirir.

Bunu Nigar Həzi öz feysbuk profilində yazıb.

O, atasının qabırğası sındığını, təcili həkim müayinəsinə ehtiyacı olduğunu bildib.

Nigar Həzi vəkillə müqavilə bağladıqdan sonra vəkilin Tofiq Yaqublunun yanına gedəcəyini bildirib.

"Əgər Tofiq Yaqubluya bir şey olsa, bütün məsuliyyət İlham Əliyevin üzərindədir”,- Nigar Həzi deyib.

Tofiq Yaqublu 19 oktyabrda Milli Şuranın keçirdiyi mitinqdə həbs olunub.

Hazırda Binəqədi Təcridxanasında saxlanılır. 

Ona 30 sutka inzibati həbs cəzası verilib.

Elmar Əziz